AZ

ABŞ ordusu raket istehsalı ilə bağlı 4,5 milyard dollarlıq müqavilə imzalayıb

 

b1d4fbe8b2c39df9128fd9fc53d9addd.jpg
01.07.2024 10:40

ABŞ ordusu “Lockheed Martin” şirkətinə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün 870 raket istehsalı ilə bağlı 4,5 milyard dollarlıq müqavilə imzalayıb.

 

TED.az xəbər verir ki, bu barədə Amerika silahlı qüvvələrinin bəyanatda deyilir.

 

Sənəddə qeyd edildiyi kimi, müqavilə 870 PAC-3 MSE raketlərinin və müvafiq avadanlıqların alınmasını nəzərdə tutur.

 

Bəyanatda iddia edilir ki, PAC-3 MSE raketləri taktiki, qanadlı, hipersəs raketləri və təyyarələr daxil olmaqla təhlükələrə qarşı dura bilər.

 

Müqavilə müddəti 2027-ci il 30 iyuna qədərdir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox