AZ

Bu il ADPU-dən 4700-dən çox tələbə məzun olur

 

d0da66917889c9b32fe62747dab0ceef.jpeg
01.07.2024 11:20

Bu il Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) filiallar və Pedaqoji Kolleclə birgə ümumilikdə 4700 nəfərdən çox tələbə məzun olur.

 

Universitetdən TED.az-a bildirilib ki, ADPU-nun bakalavr səviyyəsi üzrə cari il məzunlarının 812 nəfəri (34%) magistraturaya qəbul imtahanlarından uğurla keçərək ixtisas seçimi mərhələsində iştirak etmək hüququ qazanıblar. Eyni zamanda, bu günədək ADPU-nun 54 nəfər sonuncu tədris ili tələbəsi xarici ölkələrin ali təhsil müəssisələrinin magistraturalarına sənəd təqdim ediblər. Həmçinin bu il məzun olanlardan 34 nəfər SABAH magistratura, 44 nəfər SABAH bakalavr, 42 nəfər isə ADPU-nun ABŞ-nin Corc Vaşinqton Universiteti ilə birgə magistr ikili diplom proqramının məzunlarıdır.

Elm bölməsindən digər xəbərlər

Daha çox