AZ

Dövlət informasiya ehtiyatlarının və elektron xidmətlərin vahid reyestrinin aparılması qaydaları hazırlanacaq

 
 

d2fbeffac2066cfa08c52c7b17d203db.jpg
16.07.2024 10:20

Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinin aparılması qaydaları hazırlanacaq.

 

TED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanunun tətbiqi barədə fərmanında əksini tapıb.

 

Fərmana əsasən, Nazirlər Kabineti beş ay müddətində dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinin aparılması qaydalarını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

TED + bölməsindən digər xəbərlər

Daha çox