AZ

“Pensiya kalkulyatoru” elektron xidmətinə 1,3 milyonadək müraciət olub 

437662278a54492b1884b8457e729f7b.jpg
23.09.2024 13:50

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən biri olan “Pensiya kalkulyatoru”na yanvar-avqust aylarında 1,3 milyona yaxın müraciət qeydə alınıb.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən TED.az-a verilən məlumata görə, “Pensiya kalkulyatoru” e-xidməti istifadəçiyə mövcud qanunvericilik əsasında ona yaşa görə pensiya hüququnun yaranacağı tarix, hər üç pensiya növü (yaşa, əlilliyə və ailə başçısını itirməyə görə) üzrə tələb olunan sığorta stajı və pensiya kapitalı, hazırda pensiyaçı olub-olmaması və s. barədə məlumat təqdim edir.

 

Ölkənin vahid sosial reyestri olan e.sosial.az portalına keçid edərək, qeyd olunan e-xidmətdən istifadə edən hər bir şəxs fərdi şəxsi hesabında toplanmış sosial sığorta kapitalı əsasında ona təyin oluna biləcək pensiya məbləğini də hesablaya bilər.

 

2020-ci ildə istifadəyə verilmiş “Pensiya kalkulyatoru” e-xidmətinə ötən dövrdə müraciət sayı 3,7 milyona yaxın olub.

TED + bölməsindən digər xəbərlər

Daha çox