AZ

"Samsung" Vyetnamda dəyəri 1,8 milyard dollar olan yeni zavod tikəcək

 

cebe6b872e341cf2e341ffd186b405ce.jpg
23.09.2024 14:57

Cənubi Koreyanın “Samsung” kompaniyası Vyetnamda OLED-displey zavodunun tikintisinə 1,8 milyard dollar sərmayə yatırmağı planlaşdırır.

 

TED.az Reuters agentliyinə istinadla xəbər verir ki, yeni müəssisə ölkənin şimalında “Samsung” kompaniyasının hazırda mövcud olan digər zavodunun yaxınlığında tikiləcək.

 

Son on ildə Vyetnam texnologiya şirkətləri üçün istehsalın lokallaşdırılması istiqamətində ən populyar yerlərdən birinə çevrilib. Belə ki, “Samsung” bu ölkədə indiyədək altı zavod, həmçinin tədqiqat və inkişaf mərkəzi yerləşdirib. Cənubi Koreya korporasiyasının Vyetnama yatırdığı investisiyanın həcmi 22,4 milyard dollara çatıb.

 

Qeyd edək ki, “Samsung” 2024-cü ilin ikinci rübündə əməliyyat mənfəətinin 10,4 trilyon vona (təxminən 7,5 milyard dollar) çatdığını elan edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15 dəfə çoxdur. 2023-cü ilin ikinci rübündə bu rəqəm 668 milyard von (487 milyon dollar) olub.

Dünya bölməsindən digər xəbərlər

Daha çox