AZ

Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır

 

a0d581a5dbbdda9232f4b713ad4d9ae3.jpg
23.09.2024 15:40

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclər) boş qalan plan yerlərinə ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

 

Dövlət İmtahan Mərkəzindən ( DİM) TED.az-a bildirilib ki, abituriyentlər qeyd olunan vaxtadək qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

 

İxtisas seçmək hüququ olan abituriyent kolleclərin təhsili dövlət büdcəsinin vəsaiti hesabına və ödənişli əsaslarla olan 20-dək ixtisas kodunu qeyd edə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir.

 

Kolleclərin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunub. Jurnalın elektron versiyasını (PDF formatında) DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar.

 

Müsabiqəyə yalnız 2024-cü il sentyabrın 20-dən 23-dək elektron ixtisas seçimi ərizələrini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox