AZ

Nazir müavini: "Vətəndaşın kimliyinin tanınması üsulları sadələşdirilir"

 

e890ac720e033d4b063a7808530de6ff.jpeg
23.09.2024 17:57

"Digital.login" vahid giriş sistemi vasitəsilə vətəndaşlar 145-dən çox hökumət portalındakı xidmətlərdən daha effektiv istifadə edə bilirlər. "Digital.login" vətəndaşların rəqəmsal xidmətlərdən istifadəsi üçün beş mövcud autentifikasiya, yəni vətəndaşın kimliyinin tanınması üsullarını sadələşdirir və bu prosesi daha təhlükəsiz edir. Bu, vətəndaşın vaxtına qənaət edərək, müxtəlif rəqəmsal xidmət portallarına girişi yüksək səviyyədə optimallaşdırır və vətəndaş məmnuniyyətini artırır".

 

TED.az xəbər verir ki, bu fikirləri yenilənmiş "Mygov" rəqəmsal hökumət platformasının təqdimat mərasimində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.

 

O bildirib ki, Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) altsisteminin verdiyi imkanlar proseslərin səmərəliliyinin artırılması və ətraf mühitə ziyanın minimuma endirilməsini təmin edir:

 

"RSD-dən istifadə etməklə dövlət qurumları arasında aparılan sənəd mübadiləsi nəticəsində aylıq 500 mindən çox vərəqə qənaət edilir. Bununla da sənəd mübadilələrinin səmərəliliyinin artırılması ilə yanaşı, kağızdan istifadə sayı da minimuma endirilir. Bu da ildə iki minə yaxın ağacın qorunması deməkdir. Dövlət orqanları və tabeli altqurumlar da nəzərə alınmaqla altsistemə hazırda 1700-dən çox qurum inteqrasiya olunub".

TED + bölməsindən digər xəbərlər

Daha çox