AZ

Liderlik astanasında: BYD 2024-cü ildə elektrikli avtomobil satışlarının sayını açıqladı

23.09.2024 14:31

Çinin elektrikli avtomobil istehsalçısı BYD, sentyabrın sonuna yaxın 2024-cü il üçün avtomobil satışlarının sayını açıqlayıb.

 

Çinin avtomobil nəhəngi BYD, elektrikli avtomobillər sahəsində liderlik səylərini davam etdirir. Keçən avqust ayında rekord satışlarla elektrikli avtomobil bazarına liderlik etməyi hədəfləyən BYD, 2024-cü ildəki elektrik avtomobil satışlarının ümumi sayını açıqladı.

 

BYD 2024-cü ildə 1 milyondan çox elektrikli avtomobil satıb


Çin avtomobil nəhənglərinin elektrikli avtomobillərdə sürətli yüksəlişi bütün dünyaya təsir etdi və rəqabət pik həddə çatdı. Təkcə minik avtomobilləri deyil, həm də idman avtomobilləri istehsal etməyə başlayan şirkətlərdən biri olan BYD, 2024-cü ildə indiyədək 1 milyondan çox elektrikli avtomobil satdığını açıqlayıb.


Avqust ayında hibrid və tam elektrik daxil olmaqla 373 min 82 avtomobil satan BYD, iyul ayında 342 min 383 avtoçobil rekordunu yenilədi. 

 

2024-cü ilin səkkiz ayı ərzində keçən ilə görə yüzdə 12 artımla 1 milyon 4 min elektrikli avtomobil satan BYD, bu vasitələrin 265 mini müxtəlif ölkələrdə satdı. Bu satışlardakı artımların inkişaf edən texnologiyalara da yansıyacağı bildirilərkən, şirkətin artıq DM 5.0 hibrid sistemini elan etdiyi və yeni sistemlər üzərində işlədiyi əlavə edilib.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox