AZ

Tələbələrin köçürülməsi prosesi yekunlaşıb

 

30e4f473f4c18cc46b6f1fe69134cecc.jpg
23.09.2024 16:20

2024-2025-ci tədris ili üçün tələbələrin köçürülməsi elektron formada təhsil müəssisələri tərəfindən həyata keçirilib.

 

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən TED.az-a bildirilib ki, ümumilikdə 2575 tələbə təhsil müəssisəsinin, ixtisasın və təhsilalma formasının dəyişdirilməsi üçün müraciət edib və 1054 müraciət müsbət nəticə ilə yekunlaşıb.

 

Xatırladaq ki, sənəd qəbulu “portal.edu.az” vasitəsilə iyulun 25-dən avqustun 1-dək aparılıb. Elektron müraciətlər təhsil müəssisələri tərəfindən emal olunub və qaydalar çərçivəsində yekun qərar qəbul olunub.

TED + bölməsindən digər xəbərlər

Daha çox