AZ

"Telegram" IP ünvanları və telefon nömrələrini hüquq-mühafizə orqanlarına təqdim edə bilər

5563ba61d5685a5c86d5d29307f14de8.jpg
23.09.2024 17:40

"Telegram"ın həmtəsisçisi Pavel Durov sosial platformanın məxfilik siyasətində yenilənmə edildiyini açıqlayıb.

 

TED.az xəbər verir ki, bu barədə Pavel Durovun "Telegram" kanalında məlumat verilib.

 

Məlumatda qeyd olunur ki, bundan sonra "Telegram" mesenceri qaydalarını pozan şəxslərin IP ünvanları və telefon nömrələri əsaslandırılmış hüquqi sorğulara cavab olaraq müvafiq qurumlara açıqlana bilər.

 

"Cinayətkarların "Telegram"ın axtarışından sui-istifadə etmələrinin qarşısını almaq üçün xidmət şərtlərimizi və məxfilik siyasətimizi yenilədik. Siyasətimizi pozanların IP ünvanları və telefon nömrələrinin ağlabatan hüquqi sorğulara cavab olaraq müvafiq orqanlara açıqlana biləcəyini bildiririk.

 

Bu tədbirlər cinayətkarları qorxutmalıdır. "Telegram"da axtarış qeyri-qanuni məhsulları təqdim etmək üçün deyil, dostları və xəbərləri tapmaq üçün nəzərdə tutulub. Şirkət pis niyyətli insanlara görə bir milyarda yaxın istifadəçinin təhlükəsizliyini pozmağa imkan verə bilməz", - deyə "Telegram"ın yaydığı bəyanatda qeyd olunur.

 

Dünya bölməsindən digər xəbərlər

Daha çox