AZ

NATO ölkələri insansız dəniz platformalarına sərmayə qoyur

 

0d3f6bbf9830ad2ba70337f55808e008.jpg
25.11.2024 17:20
Ukrayna-Rusiya müharibəsində istifadə edilən insansız dəniz sistemlərinin təsiri NATO müttəfiqlərini dəniz təhlükəsizliyi üçün insansız dəniz platformalarına sərmayə qoymağa vadar edir.

 

TED.az xəbər verir ki, Ukrayna müharibəsindəki təcrübələr bir çox ölkələrin müharibə strategiyasında mühüm addımlar atmasına səbəb olur.
 
 
Bunlardan biri də müdafiə və hücum məqsədləri üçün dənizdə insansız sistemlərin istifadəsində əldə edilən mühüm məlumatlardır.
 
 
Bu kontekstdə, “Defence News”un məlumatına görə, bir sıra NATO ölkələri düşmənləri müttəfiq sularından uzaqlaşdırmaq üçün proqramlaşdırılmış insansız dəniz sistemlərinə əsaslanan yeni dəniz konsepsiyaları üzərində işləyirlər.
 
 
Bu istiqamətdə dənizdə insansız sistemlərdən səmərəli istifadə üçün NATO-ya üzv ölkələr “Birgə Qabiliyyət Qrupu - Dənizdə İnsansız Sistemlər” və ya qısaca JCGMUS adlı birlik yaradıb.

Dünya bölməsindən digər xəbərlər

Daha çox