AZ

T-70 helikopteri və BAHA PUA-sı Türkiyə QQ Komandanlığına təhvil verilib

 

1de4432a174a79f42a7e898fcb2b33ce.jpg
25.11.2024 18:40
Ümumi məqsədli helikopter proqramı çərçivəsində T-70 ümumi məqsədli helikopteri və sabit qanadlı şaquli enmə-qalxma qabiliyyətinə malik pilotsuz uçuş aparatının (BAHA) Türkiyə Quru Qoşunları Komandanlığına qəbul fəaliyyətləri tamamlanıb.

 

TED.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk həftəlik mətbuat brifinqində bildirib.
 
 
“Sikorsky Aircraft” şirkətinin “S-70i” modelindən hazırlanan və T-70 adlanan ümumi məqsədli helikopter “Sikorsky” ASELSAN, TEI və “Alp Havacılık” şirkətlərinin subpodratçılığı ilə istehsal olunur.
 
 
T-70 ümumi məqsədli helikopteri qarşıdakı 10 il ərzində 6 fərqli istifadəçiyə müraciət etmək üçün Türkiyə lisenziyası ilə istehsal olunur.
 
 
T-70 helikopteri 2021-ci ildən etibarən kütləvi istehsala keçib. Ümumilikdə 109 helikopterin istehsalı nəzərdə tutulur.

Dünya bölməsindən digər xəbərlər

Daha çox