AZ

"Qeyri-formal təhsil metodları ilə şagirdlərin fərdi inkişafına kompleks yanaşma" layihəsinin bağlanış mərasimi keçirilib

 

4bec793ce20477deee7a1199569ebceb.jfif
17.03.2025 11:40

TED.az xəbər verir ki, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib gəlmiş bu layihənin bağlanışında Cəlilabad rayonu S.Əsədov adına Əliqasımlı kənd tam orta məktəbin rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edib.

 

Layihə çərçivəsində məktəbin 5-6-cı sinif şagirdləri üçün qeyri-formal təhsil metodlarına əsaslanan kompleks fərdi inkişaf proqramı həyata keçirilib. Bu proqram çərçivəsində şagirdlərin fiziki, sosial, intellektual, emosional və mənəvi inkişafını dəstəkləyən fəaliyyətlər planlaşdırılıb. Layihə daxilində ilkin olaraq geniş təqdimatlar keçirilib, 30 şagird seçilmişdir və onların inkişaf ehtiyaclarına uyğun olaraq təlim proqramları hazırlanmışdır. Layihənin yekununda şagirdlər üçün 2-3 günlük yaz və ya yay məktəbi təşkil olunub.

 

Xatırladırıq ki, "Qeyri-formal təhsil metodları ilə şagirdlərin fərdi inkişafına kompleks yanaşma" adlı layihə Mehtiyev Tural Cavid tərəfindən həyata keçirilib.

TED + bölməsindən digər xəbərlər

Daha çox