Çində uçan avtomobillərlə sərnişin daşınmasına başlanılır

Çinin Mülki Aviasiya Administrasiyası pilotsuz uçuş aparatlarına uçuş fəaliyyəti sertifikat verib. Bu, Çində dronlarla sərnişin daşınması (uçan taksi) dövrünün rəsmən başlanmasıdır.
TED.az xəbər verir ki, uçuş fəaliyyəti sertifikatı alan uçan avtomobillər (eVTOL - elektrik mühərrikli şaquli qalxma və eniş həyata keçirən təyyarə) yerli “EHang” şirkətinin istehsalı olan dronlardır. EH216-S uçan avtomobilləri dünyanın 4 kateqoriyada (standartlaşma, uçuşa yararlılıq, istehsal və uçuş fəaliyyəti) sertifikat əldə edən ilk eVOLT-udur. EH216-S uçan taksiləri 16 elektrik mühərriki ilə təmin olunub. İki sərnişin tutan bu dronlar yerdən şaquli şəkildə qalxıb-enmək imkanına malikdir. Onun maksimum yük götürmə qabiliyyəti 220 kiloqram, sürəti saatda 100 kilometr, uçuş müddəti 21 dəqiqədir. İstehsalçının rəyinə görə, taksi həmin müddətdə 35 kilometr məsafə qət edə bilər. Bu dronlar 60 mindən çox təhlükəsiz sınaq uçuşu həyata keçirib. Onlardan şəhər nəqliyyatında, turizm sektorunda, logistikada istifadə olunacaq. İlkin mərhələdə Çinin Quancou və Hefey şəhərlərində sərnişinlər bilet alaraq uçan avtomobillərin xidmətindən istifadə edə biləcək.
Qeyd edək ki, aşağı hündürlük dedikdə, min metrə qədər, bəzən isə 3 min metrə qədər yüksəklik nəzərdə tutulur. Aşağı hündürlük iqtisadiyyatı Çində hazırda sıçrayış dövrünü yaşayır.
Dünya bölməsindən digər xəbərlər
"Windows"dan möhtəşəm yenilik: İnternetsiz də işləyən ağıllı axtarış funksiyası əlavə edildi

İlon Mask Azərbaycanla bağlı paylaşım etdi

“E-Polis”də dövlət rüsumlarını daha rahat şəkildə ödəmək mümkündür

Xocavənddə partlayıcı qurğu aşkarlanıb

“Visa” kibertəhlükəsizlik tədbirlərini gücləndirir

Dövlət rüsumunun büdcəyə köçürülməsinə nəzarət və uçotun təşkili rəqəmsallaşdırılır

Bayram günlərində qatarlarla daşınan sərnişinlərin sayı açıqlanıb

“Tesla”nın Romadakı dilerində güclü yanğın olub

“SpaceX” ilk insanlı kosmik uçuş missiyasını həyata keçirəcək

MN: Ermənistan tərəfinin təxribatçı cəhdlərinin qarşısı alınıb

Çində uçan avtomobillərlə sərnişin daşınmasına başlanılır

“Nəqliyyat haqqında” Qanuna yeni güzəştlər nəzərdə tutulur

KOBİA: “Startap” şəhadətnaməsi almış KOB-ların 30 faizdən çoxu gənc sahibkarlar və startaplardır

Ali məktəblərin magistraturalarına qəbul imtahanının ikinci cəhdi üçün qeydiyyat elan edilir

“E-bildiriş”in tərtibi, tətbiqi və uçotu Qaydaları” təsdiqlənib

Bayram günlərində qatarlarla daşınan sərnişinlərin sayı açıqlanıb

Sabah hava yağmursuz keçəcək

Teymur Musayev: "Süni intellekt bəzi xəstəlikləri tamamilə sağaltmağa kömək edə bilər"

Süzan Qrinfild: "Rəqəmsal dünyada insan beyni əsas rol oynayır"

"iPhone 17"nin bütün modellərinin dizaynı və ölçüləri üzə çıxdı

Həftənin ən çox oxunanları