AZ

“SpaceX” ilk insanlı kosmik uçuş missiyasını həyata keçirəcək

 

e684e4224a92e156f23ba12bf7dbcbd6.jpeg
01.04.2025 14:57

İlon Maskın “SpaceX” şirkəti ilk dəfə qütblər üzərində insan iştirakı ilə kosmik uçuş missiyasını həyata keçirəcək.

 

TED.az-ın məlumatına görə, missiya kriptovalyuta investoru Çun Van tərəfindən maliyyələşdirilir. 1800-cü illərin sonu və 1900-cü illərin əvvəllərində fəaliyyət göstərən Norveç qütb ekspedisiya gəmisinin şərəfinə adlandırılmış “Fram2” missiyası “Falcon 9” raketi vasitəsilə bu gün yerli vaxtla saat 21:46-da (Bakı vaxtı ilə 06:46) Floridadan kosmosa buraxılacaq. Ekipaj dörd astronavtdan ibarətdir.

 

Üç-beş gün ərzində onlar Yerin şimal və cənub qütbləri üzərində uçuş həyata keçirərək müşahidə və kosmosa uçuşların insan sağlamlığına təsiri ilə bağlı tədqiqat aparacaqlar.

Dünya bölməsindən digər xəbərlər

Daha çox