AZ

Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub

 

01aedff556289a262e2a52d22b478de7.jpg
01.04.2025 12:20

Martın 31-i saat 17:00-dan aprelin 1-i saat 04:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus rayonlarının Zərkənd, Zod, Aşağı Şorca, Yuxarı Şorca, İstisu, Xanazax və Xəznəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

 

TED.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox