AZ

"Windows"dan möhtəşəm yenilik: İnternetsiz də işləyən ağıllı axtarış funksiyası əlavə edildi

b759767ab0180077bfc7b73d2af4f774.jpg
01.04.2025 17:57

"Microsoft" korporasiyası "Windows 11" istifadəçiləri üçün KB5053656 yeniləməsini buraxıb. Yeniləmədə süni intellekt (Sİ) və "Copilot" virtual köməkçisi ilə bağlı bir neçə funksiya əlavə edilib. Belə ki, əməliyyat sisteminə (ƏS) "insan dili" ilə axtarış sorğusu formalaşdıraraq sənədləri tapmağa imkan verən ağıllı axtarış əlavə edilib.

 

TED.az-ın məlumatına görə, bu barədə "Neowin" nəşri xəbər verib.

 

Bildirilir ki, yeniləmə "Windows 11"in 24H2 versiyasının istifadəçiləri üçün əlçatan olub.

 

Artıq istifadəçilər fayl adlarını və ya onların dəyişdirildiyi dəqiq tarixləri yadda saxlamalı deyillər. Axtarış funksiyası xüsusi neyroprosessorlu "Copilot+" kompüterlərdə işləyəcək - hələlik bu funksiya yalnız "Snapdragon" çipli cihazlarda mövcuddur.

 

Axtarış internetə qoşulmadan da işləyə bilər.

 

Həmçinin əməliyyat sistemində istənilən videoya 44 dildə altyazılar yaratmağa imkan verən "canlı altyazılar" funksiyası əlavə edilib. "Snapdragon" prosessorları əsasında olan kompüterlərdə xarici nitqi müxtəlif dillərə tərcümə etmək imkanı yaranıb.

 

Bundan əlavə, KB5053656 buraxılışı ilə "Windows 11"də təxminən 40 səhv, o cümlədən "Tapşırıq meneceri"ndəki nasazlıqlar və yuxu rejimindən çıxdıqdan sonra kompüterin BSoD kritik xətası ilə üzləşməsinə səbəb olan baq düzəldilib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox