AZ

Bu il Sumqayıt Kimya Sənaye Parkında 5-dən çox müəssisə fəaliyyətə başlayacaq

 

d450804a8e1819059b15f89ef5929239.jpg
17.03.2025 14:00

Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında 2015-2024-cü illər ərzində 13,2 milyard manatlıq məhsul istehsal edilib.

 

İqtisadi Zonaların İnkişafı Agentliyindən TED.az-a bildirilib ki, 2016-2024-cü illər ərzində isə 4,6 milyard manatlıq məhsul ixrac olunub.

 

Parkda istehsal edilən məhsullar dünyanın 70-dən artıq ölkəsinə satılıb. İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkına sahibkarlar tərəfindən 5,5 milyard manatdan çox investisiya yatırılıb, 6400-dən artıq daimi iş yeri yaradılıb. Bu il sənaye parkında 5-dən çox müəssisənin fəaliyyətə başlaması nəzərdə tutulur. Fəaliyyətə başlayacaq müəssisələr elektrik mühərrikli avtobusların, yüngül, orta və ağır tonnajlı yük avtomobillərinin, tikinti kimyəvilərin, inşaat materiallarının və aqrosənaye məhsullarının qablaşdırılması üzrə karton kağızın və s. məhsulların istehsalı ilə məşğul olacaqlar.

 

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılıb. Park 613 hektar ərazini əhatə edir.

 

TED + bölməsindən digər xəbərlər

Daha çox