Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib

Yaz mövsümünün gəlişi ilə əlaqədar havaların qeyri-sabit keçməsi və bununla bağlı bütün respirator xəstəliklərin, həmçinin mövsümi qrip hallarının artması müşahidə edilə bilər.
TED.az xəbər verir ki, bu, Səhiyyə Nazirliyinin bayram günləri ilə əlaqədar əhaliyə müraciətində yer alıb.
Müraciətdə qeyd olunur ki, bu il Novruz və Ramazan bayramlarının eyni vaxta təsadüf etməsi səbəbindən növbəti həftələrdə bayram şənliklərinin və digər kütləvi tədbirlərin təşkil olunması gözləniləndir. Bununla yanaşı, hazırda əhali arasında əksər insanların oruc tutması ilə əlaqədar gündəlik qida rejiminə fərqli qaydada riayət olunur. Belə ki, iftar zamanı həddən artıq qida qəbulu və ya müxtəlif qidaların eyni vaxta və ya ard-arda qəbul edilməsi insan orqanizminə öz təsirini göstərir.
Ölkə əhalisinin sağlamlığının qorunması, qida pozuntuları ilə bağlı müxtəlif xəstəliklərin baş verməsi, eyni zamanda, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günlərində kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə və əl gigiyenasına riayət etməyi, qida qəbuluna diqqət yetirməyi, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqları daxil etməyi tövsiyə edir. Eyni zamanda, yaz mövsümündə havaların dəyişkən keçməsini nəzərə alaraq üst geyimlərinin fəsil və hava şəraitinə uyğunlaşdırılması məsləhətdir.
Hər bir vətəndaş sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmalı, özünü və ətrafındakıları qorumalıdır.
TED + bölməsindən digər xəbərlər
"Windows"dan möhtəşəm yenilik: İnternetsiz də işləyən ağıllı axtarış funksiyası əlavə edildi


İlon Mask Azərbaycanla bağlı paylaşım etdi


“E-Polis”də dövlət rüsumlarını daha rahat şəkildə ödəmək mümkündür


Xocavənddə partlayıcı qurğu aşkarlanıb


“Visa” kibertəhlükəsizlik tədbirlərini gücləndirir


Dövlət rüsumunun büdcəyə köçürülməsinə nəzarət və uçotun təşkili rəqəmsallaşdırılır


Bayram günlərində qatarlarla daşınan sərnişinlərin sayı açıqlanıb


“Tesla”nın Romadakı dilerində güclü yanğın olub


“SpaceX” ilk insanlı kosmik uçuş missiyasını həyata keçirəcək


MN: Ermənistan tərəfinin təxribatçı cəhdlərinin qarşısı alınıb


Çində uçan avtomobillərlə sərnişin daşınmasına başlanılır


“Nəqliyyat haqqında” Qanuna yeni güzəştlər nəzərdə tutulur


KOBİA: “Startap” şəhadətnaməsi almış KOB-ların 30 faizdən çoxu gənc sahibkarlar və startaplardır


Ali məktəblərin magistraturalarına qəbul imtahanının ikinci cəhdi üçün qeydiyyat elan edilir


“E-bildiriş”in tərtibi, tətbiqi və uçotu Qaydaları” təsdiqlənib


Bayram günlərində qatarlarla daşınan sərnişinlərin sayı açıqlanıb


Sabah hava yağmursuz keçəcək


Teymur Musayev: "Süni intellekt bəzi xəstəlikləri tamamilə sağaltmağa kömək edə bilər"

Süzan Qrinfild: "Rəqəmsal dünyada insan beyni əsas rol oynayır"


"iPhone 17"nin bütün modellərinin dizaynı və ölçüləri üzə çıxdı


Həftənin ən çox oxunanları
“SpaceX” ilk insanlı kosmik uçuş missiyasını həyata keçirəcək


“E-bildiriş”in tərtibi, tətbiqi və uçotu Qaydaları” təsdiqlənib


Çində uçan avtomobillərlə sərnişin daşınmasına başlanılır


“Nəqliyyat haqqında” Qanuna yeni güzəştlər nəzərdə tutulur


Ali məktəblərin magistraturalarına qəbul imtahanının ikinci cəhdi üçün qeydiyyat elan edilir


MN: Ermənistan tərəfinin təxribatçı cəhdlərinin qarşısı alınıb

