AZ

Azərbaycan Ordusunun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub

 

7f0d19474b544b60e7d3ff3763df188d.jpg
09.04.2025 10:00

Aprelin 8-i saat 19:20-dən 22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

 

Bu barədə TED.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox