AZ

Bugünkü hərracda daha 32 dövlət əmlakı olan nəqliyyat vasitəsi satılıb

 

42adeacb4acc6751b248ceef1b67cf77.jpg
09.04.2025 12:57

Bu gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 32 nəqliyyat vasitəsi satılıb.

 

TED.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, hərrac rəqabətli keçib.

 

Belə ki, start qiyməti 7 min manat olan “Mercedes-Benz” markalı mikroavtobus 12 min 500 manata, 2 min 800 manat olan “KamAZ” markalı yük avtomobili isə 9 min manata satılıb.

 

Cari ay üzrə növbəti hərraclar aprelin 22-si və 24-də keçiriləcək.

TED + bölməsindən digər xəbərlər

Daha çox