AZ

Yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə dövriyyə 6,1 milyard manatı ötüb

 

f5e5fd52ff4d8ba080878587228ceb52.jpeg
09.04.2025 13:35

Azərbaycanda indiyədək 105 min 694 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.

 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən TED.az-a verilən məlumata əsasən, yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

 

Cari ilin yanvar-mart aylarında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 6 milyard 114,2 milyon manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 596,2 milyon manatdan, yaxud 10,8 faizdən çoxdur.

TED + bölməsindən digər xəbərlər

Daha çox