AzMİU-nun 2 komandası Dünya Robototexnika Çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Elmi Cəmiyyətinin üzvlərindən ibarət “Phonix” və “Primetech” komandaları Dünya Robototexnika Çempionatının (WRC) final mərhələsinə vəsiqə qazanıblar.
AzMİU-dan TED.az-a bildirilib ki, komandalar uğurla keçdikləri seçim mərhələləri nəticəsində ikiaylıq tam təqaüdlü təlim proqramına da qəbul olunublar. Bu uğur AzMİU tələbələrinin elmi-texniki sahələrdə yüksək bilik və bacarığa, yenilikçi düşüncə tərzinə və beynəlxalq səviyyədə rəqabət apara biləcək potensiala sahib olduqlarını bir daha nümayiş etdirib.
Azərbaycanı layiqincə təmsil etməyi, beynəlxalq arenada AzMİU-nun adını yüksəklərə qaldırmağı qarşılarına məqsəd qoyan təmsilçilər final mərhələsində “RoboSoccer” kateqoriyası üzrə mübarizə aparacaqlar.
Qeyd edək ki, WRC – robototexnika, süni intellekt, mühəndislik və digər texnoloji sahələrdə innovativ gəncləri bir araya gətirən nüfuzlu beynəlxalq müsabiqədir. 16-30 yaş arası iştirakçıların qatıldığı yarışda gənclər komandalar şəklində öz yaradıcılıqlarını və texniki biliklərini nümayiş etdirmək imkanı qazanırlar.
Azərbaycan üzrə final mərhələsinin 2025-ci il iyunun 7-8-də Xankəndi və Bakıda keçirilməsi planlaşdırılır. Bu mərhələdə qalib gələn komandalar avqustun 21-24-də Hindistanda təşkil olunacaq beynəlxalq finalda ölkəmizi təmsil edəcəklər.
TED + bölməsindən digər xəbərlər
Ali məktəblərə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək üçün qeydiyyat başlanır


Bakı-Quba-Rusiya ödənişli yol ilə paytaxt istiqamətində hərəkət qismən bərpa olunub


Çin nəqliyyat vasitələrinə aid reklamlarda “ağıllı” və “avtonom idarəetmə” sözlərinin istifadəsini qadağan edib


"Google"un süni intellekti telefonun qalereyasında olan şəkilləri detallı araşdıracaq


ASCO-nun “Xocalı” gəmisi ilk dəfə Hind okeanına daxil olub


Dünən aşkarlanan silah-sursatın sayı açıqlandı


Çində dünyanın ən nazik oyun smartfonu təqdim olunub


Yasamalda silah-sursat aşkarlandı


Kosmosda potensial həyat mənbəyi aşkarlanıb


“Apple” “iPhone” istifadəçilərini “iOS”u təcili yeniləməyə çağırıb


Azərbaycan mobil rabitə operatorlarının gəlirləri artıb


"Nokia" yeni düyməli telefonlar hazırlayır

Əsrin rekordu: Kainatın hüdudlarından daha böyük PDF fayl yaradıldı

"Google" çox ucuz "Android" smartfonlarının istehsalını qadağan edir

İranın ən böyük mobil operator şirkəti haker hücumuna məruz qaldı

"ChatGPT" ən çox yüklənən tətbiq oldu


"DeepSeek"dən hər kəs üçün hədiyyə: Mənbə kodunu açıq saxlayır


Ölkə ərazisində yollarda görünüş məsafəsi məhdudlaşacaq


Naxçıvan GES-də enerji istehsalı 13%-dən çox artıb

Yaponiyanın iri avtomobil zavodu istehsalını azaldacaq


Geomaqnit qasırğası gözlənilir


“Google” delfinlərin dilini öyrənməyə çalışır


Azərbaycanda əhalinin sayı açıqlanıb


Həftənin ən çox oxunanları
Prezident İlham Əliyev “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi”ni təsdiq edib


“Google” delfinlərin dilini öyrənməyə çalışır


“Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda dəyişiklik edilib


Martda pensiya və müavinət ödənilən şəxslərin sayı məlum oldu


Bu avtobus marşrutunun hərəkət sxemi uzadılıb


Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun tikintisi 93 % tamamlanıb

