AZ

DİN-dən vətəndaşlara çağırış: Şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin

 

6c71d32754a774afa2d490b6acc5c277.jpg
09.04.2025 14:20

Xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından talamalar davam edir. Kiber məkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir. Bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavab verilmədən, saxta linklərə daxil olmadan bloklanmalıdır. Əks halda bank kartında olan pul vəsaitinizi talayacaqlar.

 

Bu barədə TED.az-a Daxili işlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olan məlumatda bildirilib.

 

Qeyd olunub ki, aprelin 7-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 17 min 451, 16 min , 6 min 697, 6 min 321, 6 min, 5 min, 3 min 700, 2 min, 1 968, 1 800, 960, 420, 380, 250, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb: “Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin”.

TED + bölməsindən digər xəbərlər

Daha çox