AZ

INNOLAND-də Demo Day keçiriləcək

e8037f0e6dfc1f1647b3c6e3542b7180.png
13.01.2020 10:52

“INNOLAND” və “AzerGold QSC” Akselerasiya proqramının "Demo Day"i keçiriləcək.

 

TED.az xəbər verir ki, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin “AzerGold QSC” ilə həyata keçirdiyi Akselerasiya proqramına qəbul edilən startaplar 18 yanvar tarixində "Demo Day"də çıxış edəcəklər.

 

“Join 2b2”, “Buqelemun”, “Təmiz hava” və “Günəş Bioqaz” startapları investorlar qarşısında öz layihələrini təqdim edərək investisiya almaq şansı əldə edəcəklər.

 

Qeyd edək ki, “Demo Day”in keçirilməsində məqsəd maliyyə ehtiyacı olan startaplarla sərmayə qoymaq istəyən investorları bir araya gətirmək və tərəflər arasında sağlam mühitdə davamlı əlaqələrin qurulmasına dəstək göstərməkdir.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox