AZ

Bakı, Sumqayıt və Abşeronda sərnişin avtobuslarının fəaliyyəti adi rejimdə davam edəcək – AÇIQLAMA 

d7d79af7e1dce4e81b968fe3167c4014.jpg
24.03.2020 16:19

"Hələ ki, bu gün ərzində Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərində sərnişindaşımaya məhdudiyyət olmadığından onları əlaqələndirən marşrut xətləri üzrə sərnişin avtobuslarının fəaliyyəti adi rejimdə davam edəcək və sərnişin axınına uyğun avtobusların sayı tənzimlənəcək".

 

TED.az xəbər verir ki, bu sözləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova öz Feysbuk səhifəsində yazıb. 


N.Allahyarova onu da vurğulayıb ki, növbəti günlər üçün məhdudiyyətin olub-olmayacağı barədə məlumat veriləcək. 

 

 

 

Cavid QƏDİR

TED + bölməsindən digər xəbərlər

Daha çox