Ərzaq təhlükəsizliyi üzrə ixtisaslaşdırılmış informasiya və monitorinq sistemi yaradılacaq
Azərbaycanda yaradılacaq ərzaq təhlükəsizliyi üzrə ixtisaslaşdırılmış informasiya və monitorinq sistemi əsasında kənd təsərrüfatının inkişafı baxımından mövcud qanunvericilik təkmilləşdiriləcək, stimullaşdırma mexanizmləri hazırlanacaq və bu sahədə ictimai məlumatlandırma tədbirləri həyata keçiriləcək.
TED.az xəbər verir ki, bu haqda Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.
Sazişə görə, tərəflər ərzaq təhlükəsizliyi üzrə ixtisaslaşdırılmış informasiya və monitorinq sistemini yaratmaq, ərzaq təhlükəsizliyi ilə bağlı məlumatları toplamaq, vahid məlumat bazasında sistemləşdirilməsini təmin etmək barədə də öhdəlik götürüblər.