AZ

Bu avtobusların hərəkət istiqaməti DƏYİŞDİRİLDİ

afc159dd021c0a76db696f309c78bbfb.jpg
20.05.2020 19:53

Binəqədi rayonu, Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində təmir-tikinti işlər ilə əlaqədar yolun bağlanması ilə əlaqədar 91, 92 və 202 nömrəli marşrutun hərəkət istiqamətləri müvəqqəti dəyişdirilib.


TED.az xəbər verir ki, 91 nömrəli marşrutun fəaliyyəti Biləcəri qəsəbəsi daxili alternativ küçələrlə təşkil edilib.


92 nömrəli marşrutun fəaliyyəti Biləcəri enişi – Natavan küçəsi - Yəhya Hüseynov küçəsi (Biləcəri meydanı) – Bakı-Sumqayıt şosesi – Dairəvi küçə daha sonra öz xətti üzrə təşkil olunub. 


202 nömrəli marşrutun isə son dayanacaq məntəqəsi Asəf Zeynallı küçəsi ("Ağ saray" şadlıq sarayı) təyin edilib. 

TED + bölməsindən digər xəbərlər

Daha çox