AZ

Dünya Bankı Qara dəniz sualtı elektrik kabeli layihəsi üçün 30 milyon dollar ayırıb

1156e244c530494bbbc8db9f12eafe17.jpg
22.05.2024 22:40

TED.az xəbər verir ki, Dünya Bankının İcraçı Direktorlar Şurası Qara Dəniz sualtı kabel layihəsinin hazırlıq fəaliyyətləri üçün 35 milyon dollar kredit ayırıb.

 

Kredit Gürcüstan üçün Enerji İnterkonneksiyası və Alternativ Enerji vasitəsilə Enerji Təhlükəsizliyinin Artırılması (ESPIRE) proqramının birinci mərhələsi üçün nəzərdə tutulub.

 

Üç mərhələdən ibarət proqramın potensial maliyyə zərfinin 500 milyon dollar olacağı bildirilir. Proqramın məqsədinin sualtı kabel layihələrinin inkişaf etdirilməsi üçün Gürcüstanın institusional imkanlarının yaxşılaşdırılması, Gürcüstanın daxili enerji ötürücü sisteminin gücləndirilməsi və Cənubi Qafqazla Cənub-Şərqi Avropa arasında birbaşa elektrik interkonneksiyasının yaradılması olduğu bildirilib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox