AZ

Sabah paytaxtın iki prospektində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

 

c3efe72c86077e41101220701b583b2b.jpg
24.06.2024 18:40

Aparılan təmir işləri ilə əlaqədar olaraq Bakı şəhəri, Parlament prospektində (Mehdi Hüseyn küçəsindən Mikayıl Müşfiq küçəsinədək) iyunun 25-i saat 08:00-dan, Azadlıq Prospektində (Mixail Kaveroçkin küçəsindən Cəfər Xəndan küçəsinədək) isə iyunun 25-i saat 23:00-dan hərəkət qismən məhdudlaşdırılacaq.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən TED.az-a bildirilib ki, sözügedən prospektlərdə hərəkətin qismən məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.

 

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazilərində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

 

TED + bölməsindən digər xəbərlər

Daha çox