AZ

“TikTok” ABŞ hökumətinin çarpaz atəşi altında

 

78d784319f44a3a974fe782ab3bb8cfe.jpg
25.06.2024 11:40

Qısa videotətbiqi “TikTok” yenidən ABŞ səlahiyyətliləri tərəfindən çarpaz atəşə tutulub. Bu dəfə ABŞ Federal Ticarət Komissiyası (FTC) məşhur videoplatformaya qarşı tədbir görür.

 

TED.az xəbər verir ki, ittihamda deyilir: “TikTok” Birləşmiş Ştatların Uşaqların Məlumatlarının Mühafizəsi Aktını pozub. Videoplatforma ilə Federal Ticarət Komissiyası arasında danışıqlar bir ildir ki, davam edir, lakin indi hüquqi addımlar atılır. “TikTok” isə bütün ittihamları rədd edir.

 

Xüsusilə diqqət çəkən odur ki, bu cür proseslər adətən ictimaiyyətə açıqlanmır, lakin FTC mövzuya ictimai maraq olduğunu görür. Bununla belə, informasiya şəraiti mürəkkəb olaraq qalır. Nə “TikTok”, nə də Federal Ticarət Komissiyası daha ətraflı məlumat verməyib.

 

Məlumatların qorunması iddialarına paralel olaraq, platforma Çində olan ana şirkət “ByteDance”dən ayrılmaq üçün təzyiq altındadır. Bu yaxınlarda qəbul edilən ABŞ qanunu bu qaydanı tətbiq etməyi hədəfləyir. “TikTok”un isə qərar verməsi üçün bir il vaxtı var və “ByteDance”dən ayrılmasa, qısa videotətbiqi ABŞ-da qadağan edilə bilər.

 

“TikTok” söz azadlığını əsas gətirərək, bu qərara görə ABŞ hökumətini məhkəməyə verib. Şirkət, həmçinin proqramın satışında maraqlı olmadığını bildirib. Onlar proqramı satmaqdansa, ABŞ bazarında onu bağlamağa üstünlük verirlər.

 

Bu arada Avropa səlahiyyətliləri də “TikTok”la bağlı araşdırmaları genişləndirirlər. Fevral ayında Aİ proqrama qarşı rəsmi icraata başlayıb. Platformanın asılılıq yaradan davranışı (asılılığı) təbliğ etməsi və bununla da uşaqların müdafiəsinə kifayət qədər zəmanət verilməməsi ilə bağlı şübhələr var.

 

Yazda “TikTok”un “Lite” tətbiqinin yeni versiyasına görə Aİ əlavə xəbərdarlıq edib. İstifadəçilər videolara baxarkən rəqəmsal sikkələr alırlar. Daha sonra onları müxtəlif onlayn xidmətlərdə çeklərlə mübadilə etmək olar. Tətbiqin yeni versiyası artıq Fransa və İspaniyada istifadəyə verilib. Aİ-nin komissiyası bildirib ki, asılılıq yaradan risklərə baxmayaraq, “TikTok” yeni funksiyanı risklərin azaldılması üçün effektiv tədbirlər olmadan bazara çıxarıb. Platformadan cavab gecikməyib və riskləri necə minimuma endirmək barədə hesabat dərc edildikdən sonra müvafiq funksiya dayandırılıb.

 

“TikTok”a qarşı məhkəmə prosesi hələ də davam edir. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen təsdiqləyib ki, araşdırma zamanı iddialar sübuta yetirilərsə, Aİ bu platformanı qadağan edə bilər.

 

Bütün mübahisələrə baxmayaraq, bütün dünyada bu proqramın populyarlığı dəyişməz olaraq qalır. Belə ki, “TikTok” təkcə Aİ-də milyonlarla istifadəçisi və dünya üzrə 1 milyarda yaxın aktiv abunəçisi ilə sosial şəbəkələr arasında ən vacib oyunçulardan biridir. Bununla belə, ABŞ-da qadağa tətbiq olunarsa, feysbukun ana şirkəti “Meta” və ya yutub kimi rəqiblər bundan əhəmiyyətli dərəcədə faydalana bilər.

 

 

 

 

Dünya bölməsindən digər xəbərlər

Daha çox