AZ

Almağa dəyməyən 5  “Xiaomi  smartfonu

1f28c27abe9097a49f3ee5cc7b1747ea.jpg
22.05.2024 23:40

“Xiaomi” bir çox yaxşı qiymət-keyfiyyət nisbətinə malik smartfonları ilə tanınır. Ancaq bu brendin elə telefonları var ki, onlara xərclənən pula dəymir. 

 

TED.az  almağa dəyməyən beş “Xiaomi” smartfonun siyahısını tərtib ediblər. 

 

Buraya ultra büdcəli “Xiaomi Redmi A3”, balanslaşdırılmış, lakin həddən artıq qiymətləndirilmiş “Xiaomi Redmi Note 12S”, həmçinin yeni “Xiaomi Redmi Note 13 Pro 4G” daxildir. “Poco F5” smartfonu və həmçinin, “Xiaomi 13T Pro” alt flaqmanı da çoxlu tənqidlərə məruz qalıb.

 

Xiaomi Redmi A3

 

Siyahıda birinci yerdə mütəxəssislərin yalnız görünüşünə görə qiymətləndirdiyi “Xiaomi Redmi A3” olub. Bununla belə, yavaş “MediaTek Helio G36” prosessoru, məhdud və yavaş eMMC 5.1 yaddaşı, keyfiyyətsiz ekran və zəif kameralar onu xoşagəlməz seçim edib.

 

Xiaomi Redmi Note 12S

 

İkinci yeri, balanslaşdırılmış xüsusiyyətlərinə baxmayaraq, dəyərinə görə həddindən artıq baha hesab edilən “Xiaomi Redmi Note 12S” tutub. Onun qiyməti təxminən 170 dollardır. Bu smartfona alternativ olaraq “Infinix Note 30 Pro”nu təklif ediblər.

 

Xiaomi Redmi Note 13 Pro 4G

 

Siyahıda üçüncü yeri “Xiaomi Redmi Note 13 Pro 4G” tutub. Əsasən zəif “MediaTek Helio G99” prosessoru 108 MP-ə qədər kamera sensorlarını dəstəkləyir və buna görə də 200 MP-lik kameranın potensialından tam istifadə edə bilmir.

 

Poco F5 smartfonu

 

“Poco F5” smartfonu da öz növbəsində qiymətinə görə tənqid olunub, xüsusən də daha təkmil xüsusiyyətlərə malik və daha ucuz olan yeni “Poco X6 Pro” iməsləhət görülüb.

 

Xiaomi 13T Pro

 

Alt flaqman “Xiaomi 13T Pro” da diqqətdən yayınmayıb. Smartfon əsas 13T modeli ilə müqayisədə yüksək qiymətə görə bəzi tənqidlərə məruz qalıb. 

Dünya bölməsindən digər xəbərlər

Daha çox