AZ

Apreldə İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 73 mindən çox müraciət olub

 

ffc17535e37291985a92485a16d30d16.jpg
23.05.2024 10:20

Cari ilin aprel ayı ərzində İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə 65 min 289 canlı rejimdə, qalanları isə səsli menyu xidməti vasitəsilə, ümumilikdə 73 min 147 müraciət olub.

 

Nazirliyin mətbuat xidmətindən TED.az-a bildirilib ki, müraciətlər əsasən, istehlakçı hüquqları, sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, vergilərin ödənilməsi, vergi ödəyicisinin hüquq və vəzifələri, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib. Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə nazirliyin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.

 

Qeyd edək ki, vətəndaşların İqtisadiyyat Nazirliyinə və qurumlarına müraciətinin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə yaradılmış 195-1 Çağrı Mərkəzinə ölkənin istənilən regionundan stasionar telefonla birbaşa zəng etmək olar. Çağrı Mərkəzi tərəfindən göstərilən xidmətlər ödənişsizdir.

TED + bölməsindən digər xəbərlər

Daha çox