AZ

Nazir: Ötən il ali təhsil müəssisələrinə 8 milyon manat pul ayrılıb

 

1d7af5dc2a95ccdf4593e891983e1788.jpg
23.05.2024 10:57

Azərbaycan ali təhsil müəssisələri gəncdir. Daha çox kadr hazırlığına fokuslanan ali təhsil müəssisələri olub. İslahat prosesində bəzi ali təhsil müəssisələrinin adının institutdan universitetə, yaxud akademiyaya dəyişməsi, hazırda isə onların universitetləşməsi prosesini görmək xoşdur. İstənilən ali təhsil müəssisəsinin istər reytinqini, istər nüfuzunu müəyyən edən vacib məsələ orada baş verən elmi tədqiqatın keyfiyyətidir.

 

TED.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev mayın 23-də keçirilən VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransının açılış mərasimində söyləyib. Nazir bildirib ki, son 10 ildə davamlı artan istiqamətdə bir sıra ali təhsil müəssisələrinin tədqiqat işlərində keyfiyyət dəyişiklikləri müşahidə olunur: “Bu, Azərbaycan ali təhsili üçün səciyyəvi dinamikadır. Mövcud maliyyələşdirmə modeli universitetlərin ən böyük problemlərindən biridir.

 

Adambaşına maliyyələşdirmə yalnız tələbənin xərclərinə yönələn modeldir. Burada tədqiqat komponenti yoxdur. Təhsil haqqı ilə tədqiqatı maliyyələşdirmək çətindir. Bu gün ali təhsil müəssisələri əsasən təhsil haqqından qənaət edərək tədqiqatları maliyyələşdirə bilir. Hədəfli tədqiqat maliyyələşdirmə alətləri hazırda yox səviyyəsindədir.

 

Ötən il ilk dəfə olaraq universitetlərin göstəricilərinə görə pilot qaydada maliyyələşdirmə aləti tətbiq etmişik. Bu, ilkin addımdır. Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrinə 8 milyon manat pul ayrılıb.

 

Daha çox tədqiqat aparmaq üçün maliyyələşdirmə formuluna təkrar baxmalıyıq. Hazırda bununla bağlı sıx iş gedir”.

TED + bölməsindən digər xəbərlər

Daha çox