AZ

Nazir: Biz çox ixtisaslaşmış mütəxəssis hazırlaya bilirik, amma tədqiqatçı hazırlaya bilmirik

 

899024762783c674a8f992fb11461fde.jpg
23.05.2024 12:20

Tədqiqat institutları ilə ali təhsil müəssisələri müstəqil fəaliyyət göstərirlər. Azərbaycanda 130-dan artıq elmi-tədqiqat institutu var. Böyük Britaniyada cəmi 28-29 laboratoriya var. Bu, elmə münasibəti göstərən rəqəmdir.

 

TED.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev mayın 23-də keçirilən VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransının açılış mərasimində söyləyib.

 

“Biz ən yaxşı halda çox ixtisaslaşmış mütəxəssis hazırlaya bilirik. Amma tədqiqatçı hazırlaya bilmirik. Ölçmə baxımından universallıqdan, müxtəlif sahələrin birgə tədqiqata cəlb olunmasından geri qalacağıq. Qarşıdakı məqsəd inteqrativliyi təmin etməkdir. Tədqiqat bu gün müxtəlifliyi, hərtərəfliliyi tələb edir. Bir çox hallarda müasir elmi tədqiqat ali təhsil müəssisəsi ilə elmi-tədqiqat institutunun bir-birindən ayrılmasını təsəvvür edə bilmir. Elm olmadığı halda tədrisi təşkil etmək olmur”, - deyə nazir qeyd edib.

TED + bölməsindən digər xəbərlər

Daha çox