AZ

Naxçıvanla bağlı “Vikipediya”da yer alan 30-a yaxın məqalə redaktə edilib

 

3a60d118c19142898d8babdbef50a06b.jpg
23.05.2024 14:00

AMEA Naxçıvan Bölməsi tərəfindən “Vikipediya” azad ensiklopediyasında muxtar respublika ilə bağlı məlumatların zənginləşdirilməsi və redaktə işlərinin həyata keçirilməsi məsələsi diqqətdə saxlanılır.

 

Bölmənin mətbuat xidmətindən TED.az-a bildirilib ki, muxtar respublikanın 100 illiyi çərçivəsində Naxçıvanla bağlı “Vikipediya”da yer alan təxminən 30-a yaxın məqalə redaktə edilib və ya yeni məlumatlar əlavə olunub, “Naxçıvan Muxtar Respublikası mövzularda” şablonu tərtib edilərək, xüsusi bölmədə toplanıb. Bu, Naxçıvanın zəngin tarixi və mədəniyyətini daha geniş şəkildə əks etdirmək və onun dünya miqyasında tanıdılmasına töhfə vermək məqsədi daşıyır.

TED + bölməsindən digər xəbərlər

Daha çox