AZ

“Visit Naftalan” mobil tətbiqi təqdim olunub

 

6e4fe83270553a967dd5542e18735f23.jpeg
23.05.2024 15:20

Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə nəfis tərtibatda hazırlanmış “Visit Naftalan” mobil tətbiqinin təqdimatı keçirilib.

 

TED.az xəbər verir ki, tədbirdə sağlamlıq və turizm imkanlarını özündə birləşdirən, unikal neftə sahib beynəlxalq turizm mərkəzi olan Naftalanın turizm potensialı barədə məlumat verilərək, mövcud imkanların inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Qeyd edilib ki, “Visit Naftalan” tətbiqinin yaradılması bu sahədə atılan addımlardan biridir. Bu tətbiqin istifadəsi turist məmnunluğu ilə yanaşı, əlçatanlığı daha da təmin edəcək.

 

Qeyd edək ki, internet istifadəçiləri “Visit Naftalan” mobil tətbiqini “Android” və “İOS”əməliyyat sistemi ilə çalışan mobil qurğular üzərindən yükləyə bilərlər.

TED + bölməsindən digər xəbərlər

Daha çox