AZ

Elektrikli mühərriklərlə bağlı diqqət çəkən məqam: SƏSSİZLİK TƏHLÜKƏSİZLİK PROBLEMİ YARADIR!?

e5846bd16cd9207b41f2f3f710a048e0.jpeg
25.09.2024 09:26

Gözlərinizi yumun və şəhər küçələrində gəzdiyinizi təsəvvür edin. Arxadan gələn avtomobilin səsindən ürkərsən, kənara çəkilirsən və maşın keçir. Bəs arxanızdakı avtomobil heç bir səs çıxarmazsa?

 

Elektrikli nəqliyyat vasitələrinin mühərrikləri ilə bağlı ən diqqət çəkən məsələ budur: sükut!

 

Bəs niyə bu səssizlik və bu qədər sakitlik təhlükəsizlik problemi yaradır? Elektrikli avtomobillər niyə sakit işləyir?

 

Elektrikli avtomobillərin mühərriklərində daxili yanma mühərriklərindən tamamilə fərqli bir texnologiyadan istifadə edirlir. Daxili yanma mühərrikləri yanacağın yanması və partlaması nəticəsində silindrlləri hərəkətə gətirir. Bunlar da işləyərkən mühərrikin fərqli bir səs çıxarmasına səbəb olur.

 

Lakin elektriklə işləyən avtomobillərdə vəziyyət fərqlidir. Avtomobillər elektrik mühərrikləri ilə işləyir və elektrik enerjisi birbaşa mühərrikə ötürülür. Yəni heç bir partlayış və yanma prosesi olmadığı üçün mühərrikdən heç bir səs çıxmır.

 

Başqa sözlə, elektrik mühərriklərində hərəkət edən hissələr daha azdır. Daxili yanma mühərriklərində davamlı işləyən və bir-birinə sürtünən bir çox hissə olsa da, elektrik mühərrikləri birbaşa elektrik cərəyanı ilə səssizcə fırlanır.

 

Bu, avtomobilin hərəkəti zamanı təkərlərin yola toxunması nəticəsində yaranan yalnız yüngül uğultu və külək səsini eşitməyə imkan verir. Elektrikli nəqliyyat vasitələrinin təmin etdiyi bu səssizlik bir çox insan üçün çox cəlbedici xüsusiyyət olsa da, bəzi təhlükəsizlik problemlərini də özü ilə gətirir.

 

Səssizliyin riskləri nələrdir?

 

Səssizlik ilk baxışda üstünlük kimi görünsə də, piyadaların təhlükəsizliyi baxımından bəzi problemlər yarada bilər. Xüsusilə görmə qabiliyyəti zəif olan insanlar avtomobilin yaxınlaşdığını anlamaq üçün çox vaxt mühərrikin səsinə güvənirlər.

 

Elektriklə işləyən nəqliyyat vasitələrinin səssizliyi onları yolda müşahidə etməyi çətinləşdirir və qəzaların artmasına səbəb olur. Bundan əlavə, uşaqlar və yaşlılar ənənəvi avtomobil səslərini eşitdikləri və özlərini təhlükəsiz hiss etdikləri üçün elektrikli nəqliyyat vasitələrinin yaxınlaşmasını fərq etməkdə çətinlik çəkə bilərlər.

 

Bu narahatlıqlar dünyanın bir çox ölkəsində qəbul edilmiş və müxtəlif tənzimləmələrin tətbiqinə səbəb olmuşdur. Məsələn, Avropa İttifaqı 2019-cu ildə elektrik avtomobillərinin aşağı sürətlə süni mühərrik səsləri çıxarmasını tələb edən qanun qəbul etdi.

 

Eynilə, ABŞ-də elektriklə işləyən avtomobillərin 20 km/saatdan aşağı sürətlə hərəkət edərkən süni səs çıxarması ilə bağlı qaydalar var. Bundan əlavə, tələb olunan səs minimum 56 və maksimum 75 desibel olmalıdır. Səs 2 metr məsafədən eşidilməlidir.

 

Bu səslər avtomobilin sürətindən asılı olaraq müxtəlif tezliklərə malik olmaq üçün nəzərdə tutulub. Beləliklə, piyadalar və digər hərəkət iştirakçıları nəqliyyat vasitəsinin sürətini və məsafəsini daha asan başa düşə bilirlər.

 

Elektrikli avtomobillər şəhər həyatının ən böyük problemlərindən biri olan səs-küy çirkliliyinin azaldılmasında mühüm rol oynayır. Təsəvvür edin ki, sıx trafikdə hər bir avtomobilin mühərrik səsini eşidirsiniz... Elektrikli avtomobillərlə dolu dünya daha dinc səslənmirmi?

 

Mühərrikin səs-küyündən narahat olmadan avtomobili sakit idarə etmək bir çox sürücülər üçün, xüsusən də uzun səfərlərdə böyük bir üstünlükdür. Bu səbəbdən şəhər səssizliyi və sürmə rahatlığı baxımından elektriklə işləyən nəqliyyat vasitələrinə üstünlük verilir.

 

Sakit, lakin təhlükəsiz gələcək mümkündürmü?

 

Elektrikli nəqliyyat vasitələrinin səssizliyi əvvəlcə təhlükəsizlik baxımından bəzi narahatlıqlara səbəb olsa da, bu problem üçün müxtəlif həll yolları hazırlanmağa başlanıb. Süni səs texnologiyaları və qaydaları sayəsində bu avtomobillər səssizliyin gətirdiyi dincliyi qorumaq və piyadaların təhlükəsizliyini təmin etmək üçün hazırlanmışdır.

 

Avtomatik əyləc funksiyası indi bir çox elektrikli avtomobillərdə piyadaların və velosipedçilərin avtomobilin yoluna çıxması halında mövcuddur. Toqquşmanın qarşısının alınması sistemləri və avtonom əyləclər ilə elektrikli nəqliyyat vasitələrinin təhlükəsizlik riski də minimuma endirilir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox