AZ

Google, süni intellektin bitirə bilməyəcəyi peşəsini açıqladı

d5f48a054d1bd7e3d8e1938573916c1a.jpg
25.09.2024 14:43

Google-un baş direktoru Sundar Pichai: "Süni intellekt proqramçıları əvəz etməyəcək, əksinə, daha çox insanı proqramçı edəcək"

 

Son zamanlar süni intellektin sürətli inkişafı ilə bir çox peşəkar qruplarda narahatlıq yaranmağa başlayıb. Xüsusilə proqramçılar süni intellektin onları əvəz edəcəyindən narahatdırlar. Bununla belə, Google-un baş direktoru Sundar Pichai bu narahatlıqlara çox fərqli prizmadan baxır.

 

Pichai Carnegie Mellon Universitetindəki çıxışında, süni intellektin proqramçıların işlərini almaq əvəzinə, daha çox insanı proqramçı edəcəyini və proqramlaşdırmanın hər kəs üçün daha əlçatan olacağını bildirib.

 

Baş direktorun sözlərinə görə, süni intellekt mövcud proqramçıların işini asanlaşdıran bir vasitə olacaq. O, proqramçılara xüsusilə təkrarlanan, vaxt aparan kodlaşdırma proseslərini sürətləndirmək yolu ilə daha yaradıcı və mürəkkəb tapşırıqlara diqqət yetirməyə imkan verəcək. Əslində, Pichai bu vəziyyəti "proqramçılara səlahiyyət verən süni intellekt" kimi təyin edir.

 

Süni intellektin hər kəs üçün kodlaşdırmanı asanlaşdıracağını vurğulayan CEO, təbii dil emal texnologiyaları sayəsində insanların mürəkkəb proqramlaşdırma dillərini öyrənmədən daha intuitiv şəkildə kodlaşdıra biləcəklərini bildirib.

 

Yəni gələcəkdə proqramlaşdırma biliyi olmayan insanlar belə süni intellekt sayəsində proqram təminatı hazırlaya biləcəklər. Pichai həmçinin qeyd edib ki, süni intellekt təkcə proqramçılara deyil, həm də bir çox müxtəlif peşəkar qruplara güc verəcək. Onun sözlərinə görə, süni intellekt insanların bir çox peşələr üzrə işini daha səmərəli edəcək və onlara daha strateji və yaradıcı vəzifələrdə iştirak etmək imkanı verəcək.

 

CEO, bu nöqtədə süni intellekti insan zəkasıyla müqayisə etməyin yanlış olduğunu və bunun əvəzinə "gücləndirici intellekt" hesab edilməli olduğunu bildirib. Bir sözlə, CEO-nun bu açıqlamaları göstərir ki, süni intellektə təhlükə yox, fürsət kimi baxmaq lazımdır.

 

İnsanların süni intellektlə əməkdaşlıq edərək daha yaradıcı, səmərəli və təsirli işlər yarada biləcəyini müdafiə edən Pichai, bu texnologiyanın gələcəkdə proqramlaşdırma dünyasında böyük dəyişikliklərə qapı açacağını düşünür.

Elm bölməsindən digər xəbərlər

Daha çox