AZ

Əshabi-Kəhf ziyarətgahına gedən yol təmir-bərpa olunur

 

70bf2a3711c3ecc804cfd7900a28a5de.jpeg
24.09.2024 19:57

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda muxtar respublikada yerli əhəmiyyətli yolların yenidən qurulması və bərpası nəzərdə tutulub.

 

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən TED.az-a bildirib ki, Dövlət Proqramının icrası ilə əlaqədar agentlik tərəfindən ötən ilin dekabr ayından “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə gedən yolda əsaslı təmir-bərpa işləri aparılır. Görülən işlər çərçivəsində uzunluğu 13,9 kilometr olan avtomobil yolunda yol yatağı genişləndirilib və 1 körpü əsaslı təmir olunub.

 

Hazırda ərazidə təmir-bərpa işləri davam edir.

TED + bölməsindən digər xəbərlər

Daha çox