AZ

Mercedes avtonom idarəetmədə böyük yeniliklər etməyə hazırlaşır

f00f27378d37f7e2e851ca28905daabc.jpeg
24.09.2024 10:24

Alman avtomobil nəhəngi Mercedes Almaniya şosselərində saatda 95 kilometrə qədər sürətlə avtonom idarəetmə təklif edəcək.

 

Mercedes-Benz Almaniyada DRIVE PILOT adlı şərti avtonom idarəetmə funksiyasını SAE 3-cü Səviyyəyə yüksəltmək üçün qollarını çırmalayıb. Bu inkişafla DRIVE PILOT sisteminə malik Mercedes avtomobilləri ölkənin magistral yollarında saatda 95 kilometrə qədər sürətlə avtonom şəkildə hərəkət edə biləcək.

 

Almaniya Federal Motorlu Nəqliyyat İdarəsindən təsdiq gözlədiyini ifadə edən Mercedes, bu təsdiqin 2024-cü ilin sonu və ya 2025-ci ilin əvvəlində gələ biləcəyini ifadə etdi. Təsdiqdən sonra artıq DRIVE PILOT xüsusiyyətinə malik olan avtomobillərin avtonom idarəetmə sistemləri pulsuz olaraq yenilənəcək və yeni funksiya bu nəqliyyat vasitələrinin sahiblərinə təqdim olunacaq.

 

Saatda 95 kilometrə qədər sürətlə istifadə edilə bilər

 

Mövzu ilə bağlı açıqlama verən Mercedes-Benz Group AG-nin İdarə Heyətinin üzvü və Baş Texnologiya Direktoru Markus Schafer deyib: “Mercedes-Benz DRIVE PILOT-un təkmilləşdirilmiş versiyası ilə avtonom idarəetmədə qabaqcıl rolunu bir daha vurğulayır. Tezliklə Almaniya magistrallarında müəyyən şərtlər daxilində saatda 95 kilometrə qədər sürətlə şərti avtonom idarəetməni aktivləşdirmək mümkün olacaq. Beləliklə, müştərilərimiz vaxtlarından daha səmərəli istifadə edə biləcəklər. Mercedes-Benz bir daha sənayenin standartlarını müəyyənləşdirir və davamlı olaraq avtonom idarəetməyə yol açır." 

 

Yeni sistemdə avtomobillər sensorlar, kameralar, radarlar və digər sistemlərdən istifadə edərək özbaşına hərəkət edə biləcəklər. Bu tənzimləmənin sürücülər üçün faydalı olacağını ifadə edən Mercedes, gələcəkdə daha yüksək sürətlə avtonom sürmə təmin etmək üçün işlərini davam etdirəcəklərini bildirib.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox