AZ

Həmişə görürük, amma bilmirik: Bank kartlarının ilk 6 rəqəmi nə deməkdir

ed90b9704e5be2766df8ce69b5b5fd8c.jpeg
24.09.2024 12:31

Kredit və debet kartları gündəlik həyatımızın vazkeçilməz halına gəlib. Bəs, hər gün istifadə etdiyimiz bu kartlardakı rəqəmlərin nə demək olduğunu bilirikmi?

 

Hər kartda fərqli nömrələr var. Hər bir kart üçün ayrı-ayrı kombinasiyalarda olan bu nömrələr əslində təsadüfi verilmir. Bütün nömrələrin bir mənası var! Kredit kartlarının ön tərəfində 16 rəqəmli nömrə var.

 

Hər zaman rastlaşdığımız və bəzilərimizin əzbərlədiyi bu 16 rəqəmli rəqəm əslində kartın kimliyini və təyinatını müəyyən edir. Bu ədəd ümumiyyətlə 4+4+4+4 kimi qruplara bölünür. İlk iki rəqəm kartın hansı sektora aid olduğunu göstərir. Məsələn, hava yolu kartları 1 və 2, maliyyə sektoru kartları isə 4 və 5 ilə başlayır.

 

Visa və Mastercard kimi ödəniş sistemlərinin kart nömrələri müəyyən standartlara uyğun tənzimlənir. Visa kartları 4, Mastercard kartları 5 ilə başlayır.

 

Beləliklə, kart nömrəsinin ilk 6 rəqəmi nə deməkdir?

 

İlk 6 rəqəm Bank İdentifikasiya Nömrəsi (BIN) kimi tanınır və əslində kartın hansı banka aid olduğunu göstərir. Əslində hər nömrədə bir ipucu var.

 

Müştəri hesab nömrəsi adətən 16 rəqəmli nömrənin 7-ci və 15-ci rəqəmləri arasında olur. Bu nömrə kart sahibinə xasdır və onu digər istifadəçilərdən fərqləndirir. Kart nömrəsinin son rəqəmi nəzarət nömrəsi kimi tanınır və onun düzgünlüyü Luhn alqoritmi ilə yoxlanılır.

 

Bəs arxa tərəfdəki təhlükəsizlik kodu nədir?

 

Kredit kartlarının arxasında adətən 3 rəqəmli təhlükəsizlik kodu olur. Bu kod Visa və Mastercard kartlarında CVV (Card Validation Value) adlanırsa, American Express kartlarında 4 rəqəmdir. Bu kod həm də onlayn alış-verişdə təhlükəsizliyi artırmaq üçün istifadə olunur.

 

Kartın fiziki olaraq istifadə edildiyi əməliyyatlarda təhlükəsizlik kodunun parolu əvəz etdiyini də deyə bilərik.

TED + bölməsindən digər xəbərlər

Daha çox