AZ

Telegram, bütün istifadəçi məlumatlarını dövlətlərlə paylaşacağını elan etdi

41a071d0249a3252bd07737ce606afc5.jpeg
24.09.2024 14:13

Son həftələrdə Fransada həbs edilən Telegram-ın baş direktoru Pavel Durov dövlətlərdən gələn məlumat tələblərini qəbul edəcəklərini açıqlayıb.


Mesajlaşma tətbiqi Telegram, "dövlətlər istədikləri zaman istənilən insanların Telefon, IP ünvanı və yeri kimi məlumatları paylaşacağını" açıqladı. Bu barədə ötən həftələrdə bir müddət Fransada saxlanılan şirkətin baş direktoru və təsisçisi Pavel Durov bildirib.

 

Durov cinayətkarların platformadan çıxarılması üçün platformanın xidmət şərtlərinin yeniləndiyini açıqlayıb. Durovun Fransada saxlandığı zaman üzləşdiyi ittihamlar arasında platformanın uşaqlara qarşı cinsi zorakılığa dair yazılar yayması iddiaları da var.

 

Telegram-ın hökumətlərin sorğularına cavabı dəyişir

 

İndiyə qədər Telegram hökumətlərdən gələn məlumat sorğularına o qədər də müsbət yanaşmırdı. Yeni bəyanat platformanın bu baxımdan yeni bir yol tutacağını göstərə bilər. Baş ofisi Birləşmiş Ərəb Əmirliklərində yerləşən Telegram, illərdir məzmunun silinməsi tələblərinə cavab vermir və ümumiyyətlə məlumat tələblərinə məhəl qoymurdu.

 

Durov açıqlamasında, tətbiqdən sui-istifadə hallarının qarşısını almaq üçün süni intellekt və moderasiya qrupu vasitəsilə problemli məzmunu aşkarlamağa və axtarış nəticələrindən çıxarmağa başladıqlarını da bildirib.

 

Fransa prokurorları Durova qarşı törədildiyi iddia edilən cinayətlərə görə iddia qaldırıb. İstintaq zamanı Fransanı tərk etməyə icazə verilməyən Durov ittihamları rədd edib. Durovun idarə etdiyi Telegram, Avropa Birliyi, İran və Tayland kimi bir çox fərqli ölkə və idarədən tənqidlərə məruz qalıb. Görək yeni dövrdə Telegram hansı yolu tutacaq.

Dünya bölməsindən digər xəbərlər

Daha çox