AZ

Azərbaycan-Özbəkistan Media Forumunun növbəti sessiyası iki ölkənin əhalisinin media savadlılığı mövzusuna həsr olunub

 

ce73bf03b1589ab7c3c43b0cfe4ebb7c.jpg
24.09.2024 19:20

“Rəqəmsal əsrdə həqiqət axtarışı: dezinformasiya ilə mübarizə” adlı Azərbaycan-Özbəkistan Media Forumunun ikinci sessiyası “Dövlət və qeyri-dövlət media təşkilatlarının Özbəkistan və Azərbaycan əhalisinin media savadlılığının artırılmasında rolu” mövzusuna həsr olunub.

 

TED.az xəbər verir ki, sessiyaya “Xəzər” Media Mərkəzinin baş direktoru Murad Dadaşov moderatorluq edib.

 

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev çıxış edərək diqqətə çatdırıb ki, media savadlılığı yalnız müxtəlif informasiya mənbələri ilə işləyən jurnalistlər üçün deyil, həm də həqiqəti yalandan, doğru informasiyanı feyk xəbərdən ayırmaq üçün sadə insanlara, media məzmunu istehlakçılarına da lazımdır. “Oxucular xəbərlərin doğruluğuna əmin olmaq məqsədilə AZƏRTAC-ın informasiyalarına daha çox müraciət etməyə başlayıblar. Beləliklə, zənnimcə, biz media məzmunu istehlakçılarının informasiya mənbələrinə daxil olarkən prioritetləri müəyyənləşdirmək, onları etibarlılıq və media savadlılığı meyarına görə qiymətləndirmək bacarığının inkişaf etdirilməsində dolayısı ilə iştirak edirik”, - deyə AZƏRTAC-ın İdarə Heyətinin sədri çıxışının sonunda vurğulayıb

 

TED + bölməsindən digər xəbərlər

Daha çox