AZ

Niyə biz ətrafda heç vaxt bir bala göyərçin görmürük?

795082d4a615a003ccb8ff2752b48bd0.jpeg
24.09.2024 10:57

Göyərçin pişik və itlərdən daha çox küçədə rastlaşdığımız heyvan olsa da, balalarını heç vaxt görmürük. Onların necə göründüyünü belə bilmirik. Yaxşı amma niyə?


Heç etrafta dolaşan bala göyərçin görmüsünüz? Cavabınız yəqin ki, “Xeyr”dir. Yaxşı, bunun səbəbini heç düşünmüsünüzmü?

 

Göyərçin yuvalarına ümumiyyətlə çatmaq bizim üçün çox asan deyil; Çardaqlar, körpülər, hündür divarlar, tərk edilmiş binalar və ya ağac zirvələri kimi yerlərdə göyərçinlər yuva qurur. Balalar bu ərazilərdə doğulub böyüdükləri üçün onları asanlıqla görə bilmirik.

 

Bundan əlavə, valideynləri bala göyərçinləri tək qoymadığı üçün onların yuvanı tərk etmək şansı yoxdur.

 

Göyərçin balaları demək olar ki, 4-6 həftəlik olana qədər yuvadan çıxmırlar. Bu müddət ərzində valideynləri onları yedizdirir, böyüdürlər. Uçmaq üçün yetkinliyə çatdıqda, demək olar ki, yetkin göyərçinlərin fiziki görünüşünə sahib olurlar. Ona görə də biz onları görəndə körpə olsalar da, böyük hesab edirik.

 

Onların kamuflyaj bacarıqları da danılmazdır.

 

Körpə göyərçinlər yuvalarında olarkən ətrafları ilə özlərini kamuflyaj edə bilirlər. Bunun üçün onların tükləri uyğun gəlir. Ona görə də yuva görsək də, onun göyərçin balası olub-olmadığını ayırd edə bilmirik. Bu da onları potensial yırtıcılardan qoruyur.

 

Bütün bu səbəblərə görə göyərçin balasını görməyimiz demək olar ki, qeyri-mümkün olur. Bununla belə, məzmunumuza əlavə etdiyimiz fotoşəkil sayəsində indi onların necə göründüyünü bilirsiniz!

Dünya bölməsindən digər xəbərlər

Daha çox