AZ

Niyə demək olar ki, bütün içki qabları dairəvi hazırlanır? 

00e591fbe59be3dcb85b2c0ea91ec0e1.jpeg
25.09.2024 12:25

Dünyanın harasına getsək, ortaq görəcəyimiz eyni şeylərdən biri də dairəvi su qab formasıdır. Kvadrat və ya başqa formada olan plastik butulkaları görmək demək olar ki, mümkün deyil. Sizcə bunun səbəbi nə ola bilər?

 

Əslində su qablarının yuvarlaq olmasının bir çox səbəbi var. 

 

 

Qabların bu yuvarlaq forması maye və ya qazın təzyiqini bərabər paylayaraq, qabı daha davamlı edir. Dəyirmi forma xüsusilə bəzi içkilərdə meydana gələn qaz təzyiqini balanslaşdırmaq üçün ən ideal hesab olunur. Çünki diaqonal qab təzyiqə məruz qaldıqda yuvarlaq qabdan daha asan deformasiyaya uğrayır.

 

 

Dəyirmi qablar qəlibləmə və istehsal mərhələsində digər formalardan daha praktikdir - istehsal maşınlarında fırlanan zaman yuvarlaq forma daha tez və asan alındığından, həm də digərlərindən daha az xərc tələb etdiyindən.

 

 

Digər tərəfdən, təsəvvür edin ki, su qabı kvadrat və ya başqa şəkildə əlinizdədir. Bu narahatlıq yaradar, eləcə də tutmağımız üçün əlavə enerji sərf etməyimizi tələb edir. Bir sözlə, yuvarlaq forma su qabları üçün əvəzolunmazdır. Qabların saxlanma rahatlığı, erqonomika və aşağı qiymət kimi səbəblərə görə bu forma daha praktikdir.

TED + bölməsindən digər xəbərlər

Daha çox