AZ

Agentlik rəisi: Ötən il 86 PUA-nın idxalı və istifadəsi ilə bağlı müraciətə baxılaraq 48-nə mənfi rəy verilib

 

5c3ffc35ce3cd92bea4747546e2f350f.jpg
05.02.2025 10:00

2024-cü ildə 86 pilotsuz uçuş aparatının (PUA) idxal və istifadə edilməsi ilə bağlı müraciətə baxılaraq cavablar verilib. Onlardan gələcəkdə dövlət, peşə və şəxsi sirrin qorunmasına təhlükə yarada biləcək səbəblərdən 48 müraciət üzrə PUA-ların idxal və istifadəsinə mənfi rəy verilib.

 

TED.az xəbər verir ki, bunu Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində 2024-cü il ərzində görülmüş işlərə və qarşıda duran vəzifələrə dair keçirilən kollegiya iclasında Agentliyin rəisi general-mayor İlqar Abbasov deyib.

 

Onun sözlərinə görə, 2024-cü ildə neft və qaz ixrac boru kəmərlərinin mühafizə zonasında işlərin görülməsi üçün 192 fiziki şəxsin, 83 dövlət orqanı və hüquqi şəxslərin müraciətlərinə baxılaraq cavablar verilib.

TED + bölməsindən digər xəbərlər

Daha çox