AZ

Eksternat imtahanlarında 1084 nəfər müsbət nəticə göstərib

 

19dcd391f91e1b1b318e9654ca5a2aca.jpg
05.02.2025 10:57

Bakı şəhəri üzrə keçirilən eksternat imtahanlarının nəticələri açıqlanıb.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən TED.az-a bildirilib ki, əvvəlki illərdə ümumi orta (IX sinif) və tam orta (XI sinif) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün təşkil olunan imtahanlarda hər iki səviyyə üzrə ümumilikdə 1084 nəfər müsbət nəticə əldə edib.

 

Nəticələr barədə məlumatlar eksternlərin qeydiyyatdan keçdiyi mobil nömrəyə SMS vasitəsilə göndərilib.

 

Növbəti mərhələdə eksternlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək buraxılış imtahanlarının nəticələrinə uyğun olaraq ümumi orta və tam orta təhsil haqqında attestat ala biləcəklər.

 

Qeyd edək ki, eksternat təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

TED + bölməsindən digər xəbərlər

Daha çox