AZ

Şimal-qərb bölgəsi məktəblərinin 8 layihəsi “Sabahın alimləri” müsabiqəsinin finalına vəsiqə qazanıb

 

348f3feded299c3da01211b0cffd941d.jpg
05.02.2025 11:57

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri tərəfindən hazırlanan 8 innovativ layihə “Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsinin final mərhələsinə vəsiqə qazanıb.

 

Bu barədə TED.az-a Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.

 

Qurumun əməkdaşı bildirib ki, müsabiqənin final mərhələsində Şəki rayonundan 3, Oğuz rayonundan 2, Qəbələ, Qax və Balakən rayonlarının hər birindən isə 1 layihə iştirak etmək hüququ əldə edib.

 

Qeyd edək ki, “Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsi hər il ABŞ-da keçirilən ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə milli seçim turudur. Müsabiqənin əsas məqsədi yuxarı sinif şagirdlərinin (IX - XI) elmi-texniki yaradıcılığa sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsinin təmin edilməsi, bu sahədəki fəaliyyətlərinin stimullaşdırılması, elmi-tədqiqat və yaradıcılıq potensialı olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması, ali təhsil müəssisələri və elmi təşkilatlarla ümumtəhsil məktəbləri arasında əlaqələrin genişləndirilməsi və seçilmiş şagirdlərin beynəlxalq müsabiqəyə göndərilməsindən ibarətdir.

Elm bölməsindən digər xəbərlər

Daha çox