AZ

Ağdərədə silah-sursat aşkar edilib

 

e91c3ac3f32e44d261d0ffbf725f3117.jpg
05.02.2025 11:20

Qarabağ bölgəsində mühəndis işləri aparılan zaman Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus silah-sursat aşkar edilib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən TED.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində Ağdərə rayonu ərazisində aşkar edilən 1 ədəd SVD silahı, 1 ədəd RPK-74M, 1 ədəd AK-74M, 1 ədəd əl qumbaraatanı, 2 ədəd gecə görmə cihazı və 1 ədəd avtomat silahı üçün səsboğucu müsadirə edilib.

 

Azad edilən ərazilərdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

 
 

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox